Əsas səhifə » Qarabağdan Qüdsə, Qəzzadan Qahirəyə qədər baş verən bütün hadisələrdə Türkiyə həlledici rola malikdir – Bahçeli

Qarabağdan Qüdsə, Qəzzadan Qahirəyə qədər baş verən bütün hadisələrdə Türkiyə həlledici rola malikdir – Bahçeli

Aytac Suleymanova

Bakı. AzerPress:

Qarabağdan Qüdsə, Qəzzadan Qahirəyə qədər baş verən bütün hadisələrdə Türkiyə həlledici rola malikdir.

AzerPress-in məlumatına görə, bu sözləri bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.

“Türk vətəninə heç kim zərər verə bilməz. Fəratın qərbi, Fəratın şərqi ilə balanslaşdırılıb. Qarabağdan Qüdsə, Qəzzadan Qahirəyə qədər baş verən bütün hadisələrdə Türkiyə həlledici rola malikdir. Fələstinin sülhü, Türkiyənin sülhüdür. Suriyanın sabitliyi, Türkiyənin sabitliyidir. İraqın rifahı, Türkiyənin rifahıdır. Qəzzanı Qüdsdən, Qüdsü İstanbuldan ayırmaq, ayrı düşünmək mümkün deyil. Zülm qarşısında susmaq da bir o qədər zülmdür. İsraili dəstəkləyən ölkələr, baş verən qırğına görə məsuliyyət daşıyır”,- deyə Bahçeli bildirib.

banner

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 min 300-ə yüksəlib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice