Əsas səhifə » Qarabağdakı sülhməramlılar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir – Lavrov

Qarabağdakı sülhməramlılar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir – Lavrov

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur, bu, Moskva ilə Bakı arasında ikitərəfli münasibətlər məsələsidir.

AzerVoice-nin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

“Bizim həqiqətən orada [Qarabağda] sülhməramlılarımız var. Amma bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”, – deyə nazir qeyd edib.

banner

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşdirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice