Əsas səhifə » Qarabağ Çempionlar Liqasına qələbə ilə başlayıb

Qarabağ Çempionlar Liqasına qələbə ilə başlayıb

Fərid Mikayilov

Bakı,AzerVoice

Qarabağ Cəbəllüttariq təmsilçisi Lincoln-ə qalib gələrək Çempionlar Liqasına qələbə ilə başlayıb.

AzerVoice xəbər verir ki, görüş dünən Cəbəllüttariqdə yerləşən Victoria stadionunda keçirilib.

Təmsilçimiz səfərdə 0-2 hesabı ilə qalib gəlib.

banner

İlk hissənin artırma dəqiqələrində Y.Benzia-nın ötürməsi ilə Juninho fərqlənib. İlk hissə 0-1 hesabı ilə başa çatıb.

İkinci hissədə isə 75-ci dəqiqədə həm Qarabağın həmdə Azərbaycan millisinin futbolçusu Toral Bayramov fərqlənərək hesabı 0-2 edib. Görüşdə başqa qol olmayıb.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü 30 iyul tarixində Bakı vaxtı ilə 20:00 da AzerSun arenada keçiriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice