Əsas səhifə » Qəzzaya ən çox yardım edən ölkə Türkiyədir

Qəzzaya ən çox yardım edən ölkə Türkiyədir

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Qəzzaya ən çox yardım edən ölkə Türkiyədir.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabındakı paylaşımında bildirib.

O, Qəzzaya çatan humanitar yardımın 30 faizini təmin edən Türkiyənin Fələstinlilərə ən çox yardım edən ölkə olduğunu açıqlayıb.

banner

“Ümumi humanitar yardımımız 52 min tonu ötüb. Bu gün 1908 ton humanitar yardım daşıyan gəmimiz Mersin Limanından ayrıldı. 5066 ton humanitar yardım daşıyan daha bir gəmi Misirin Əl Ariş limanına yanaşdı” – deyə Keçeli bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice