Əsas səhifə » Qəzzada təhlükəsiz zonanın olması iddiası yalandır – BMT

Qəzzada təhlükəsiz zonanın olması iddiası yalandır – BMT

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Qəzzada təhlükəsiz zonanın olması iddiası yalandır.

AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) baş komissarı Filipp Lazzarini deyib.

O, İsrailin Qəzzada insanları zorla köçürməyə davam etdiyini, Qəzzada təhlükəsiz bölgənin olması iddiasının yalan və yanıltıcı olduğunu bildirib.

banner

Lazzarini qeyd edib ki, İsrailin Qəzzaya hücumlarının başladığı 7 Oktyabrdan bu yana əksər insanlar orta hesabla ayda bir dəfə dəfələrlə yerindən-yurdundan didərgin düşür.

UNRWA, Qəzza zolağının cənubundakı Rəfah şəhərindən 300 min fələstinlinin köç etmək məcburiyyətində qaldığını təxmin etdiklərini bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice