Əsas səhifə » Qəzzada təcili yardım maşınları xidmətdən çıxıb

Qəzzada təcili yardım maşınları xidmətdən çıxıb

Hafiz Rufizoglu

Bakı, VOA

Qəzzada 18 təcili yardım maşınımız yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxıb.

VOA xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən edilən yazılı açıqlamada qeyd edilib.

Açıqlamada, İsrail ordusunun Rəfah Sərhəd Qapısını 52 gündür bağlı saxladığı, Kerm Əbu Səlim Sərhəd Qapısından daxil olan yanacağın Qəzza zolağının yardım və tibbi ehtiyaclarını qarşılamadığı bildirilib.

banner

Cəmiyyət, UNRWA-nın Qızıl Aypara təcili yardım donanması üçün hər gün 6 faiz yanacaq daşıdığını, lakin bu miqdarın təxminən 8 gündür alınmadığını qeyd edib.

Xatırladaq ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib.

Mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice