Əsas səhifə » Qəzzada baş verənlər biabırçılıqdır – İsrail Generalı

Qəzzada baş verənlər biabırçılıqdır – İsrail Generalı

Fərid Mikayilov

Bakı, VOA

Qəzzada çox şey itiririk, baş verənlər böyük biabırçılıqdır.

VOA xəbər verir ki, İsrailin istefada olan general-mayoru Yitzhak Brik yerli radioya verdiyi açıqlamada İsrailin Qəzza zolağına hücumları və mövcud proseslə bağlı öz fikirlərini söyləyib.

“Ordu HƏMAS-ı məğlub etməyin mümkün olmadığını bilir. Əsgərlər öldürülür”,- deyə Brik deyib.

banner

Brik həmçinin İsrail Baş Qərargah rəisi Herzi Halevinin səlahiyyət müddəti bitənə qədər vəzifəsində qalmaq istədiyini və yalan danışdığını bildirib.

Qeyd edək ki, iyunun 19-da bir televiziya kanalına müsahibə verən İsrail Ordusunun sözçüsü Daniel Hagari HƏMAS-ı məhv etmənin mümkün olmadığını demişdi.

“HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil, HƏMAS ideyadır. Belə bir hədəfin qoyulması ictimaiyyəti çaşdırmaq deməkdir”,- deyə Hagari bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice