Əsas səhifə » Qəzzada ABŞ-ın günahı İsrailin günahından az deyil-İran

Qəzzada ABŞ-ın günahı İsrailin günahından az deyil-İran

Yamin Savalanli

Bakı, VOA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Qəzzada törədilən insanlığa qarşı cinayətləri izah etməyin mümkün olmadığını bildirərək ABŞ-ın da bu məsələdə ən azı İsrail qədər günahkar olduğunu bildirib

 VOA xəbər verir ki, bu barədə Kənani X sosial media hesabında paylaşım edib. O paylaşımında Fələstində və Qəzzada insanlığa qarşı törədilən cinayətlərə diqqət çəkib.

“(Qəzzada) bu dəhşətli qətllərin davam etməsində ABŞ və İsrail tərəfdarlarının günahı (sionist) rejimdən az deyildir” – deyə o qeyd edib.

banner

Fələstində və Qəzzada insanların başına gətirilən əzab və iztirabı sözlə ifadə etməyin mümkün olmadığını vurğulayan Kenani, qətllər qarşısında susmağın insani və mənəvi məsuliyyətdən qaçmaq olduğunu deyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice