Əsas səhifə » Qəzzada 10 mindən çox qadın həyatını itirib – BMT

Qəzzada 10 mindən çox qadın həyatını itirib – BMT

Hafiz Rufizoglu

Bakı, VOA

Qəzzada 10 mindən çox qadın və altı mindən çox ana həyatını itirib.

VOA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadın Fələstin Ofisi Xüsusi Nümayəndəsi Maryse Guimond deyib.

Guimond və BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr aparıb.

banner

“Qəzza zolağında evlər, xəstəxanalar, məktəblər və universitetlər dağıdılıb. Qəzzanın ortasına doğru hərəkət etdikdə insanların aclıq içində sıxışdırıldığını və müvəqqəti çadırlarda yaşadığını görürük” – deyə o bildirib.

Qəzzada 1 milyondan çox insanın bir dəfədən çox evindən didərgin düşdüyünü xatırladan Guimond, əsas xidmətlərdən istifadə edə bilməyən bu insanlar üçün təhlükəsiz yer olmadığını qeyd edib.

“Təxminən doqquz aya yaxın müharibədən sonra əhali demək olar ki, tamamilə ərzaq təhlükəsizliyindən, sığınacaqdan, səhiyyədən və yaşayış üçün vəsait və imkanlardan məhrum olub”, – deyə Guimond bildirib.

Xatırladaq ki, İsrail ordusu mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice