Əsas səhifə » Qətər yeni qaz tankerinə Amerika dövlət katibinin adını verib

Qətər yeni qaz tankerinə Amerika dövlət katibinin adını verib

Yamin Savalanli

Bakı, AzerVoice

Qətərin dövlət təbii qaz şirkəti bir LNG tankerinə ABŞ-ın keçmiş xarici işlər naziri (dövlət katibi) Reks Tillersonun adını verib.

AzerVoice xəbər verir ki, Qətərin dövlət şirkəti QatarEnergy çərşənbə axşamı Şanxayda keçirilən mərasimdə ilk ənənəvi ölçülü LNG gəmisinin açılışını edib və yeni gəmiyə ABŞ-ın keçmiş dövlət katibi və ExxonMobil-in sədri Reks Tillersonun adını verib.

Hudong-Zhonghua Gəmiqayırma Zavodunda keçirilən adlandırma mərasimində Qətərin energetika naziri və QatarEnergy-nin baş direktoru Saad Şeride el Kaabi, QatarEnergy LNG-nin baş direktoru Xalid bin Xalifa Al Sani və digər rəsmilər iştirak ediblər.

banner

Əl-Kaabi açıqlamasında, “Tillersonun irsi Qətərdə və bütün dünyada həmişə xatırlanacaq, xüsusən də Qətərin beynəlxalq neft şirkətləri ilə ən qədim əlaqələrindən birini daha böyük çiçəklənməyə yönəldən müdrikliyi, mehribançılığı və səmimiyyəti ilə. Reksin Qətərlə dostluğu və tərəfdaşlığı nəticəsində qlobal enerji sektorunda buraxdığı qalıcı izlər üçün minnətdarıq”, – deyə qeyd edib.

QatarEnergy-nin saytında verilən açıqlamada ExxonMobil-in keçmiş sədri və baş direktorunun adının bir gəmiyə verilməsi onun enerji sektorundaki ömür boyu qazandığı nailiyyətlərə bir təşəkkür olaraq nəzərədə tutulmuşdur.

Qeyd edək ki, Tillerson 1975-ci ildə istehsalat mühəndisi kimi Exxon-a qatılmış və daha sonra 2004-cü ildə birləşdirilən ExxonMobil şirkətinin sədri və direktoru olmuşdur. Tillerson daha sonra 2006-cı ildə şirkətin baş direktoru və SEO-su dərəcəsinə yüksəlmişdir. Onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə sıx əməkdaşlıq əlaqələri quruldu.

Tillerson 2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə xarici işlər naziri vəzifəsinə təyin edilib və bu vəzifədə olarkən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Qətərə tətbiq edilən blokadas zamanı ABŞ-ın əsas müttəfiqləri arasında vasitəçilik edib. Bu prosesdə o, “Qətərin işğalının qarşısını alan ad” kimi xatırlanır.

Tillerson, Körfəz blokadası da daxil olmaqla, Ağ Evlə ictimaiyyət önündə yaşadığı bir sıra fikir ayrılıqlarından sonra 2018-ci ilin martında Tramp administrasiyası tərəfindən işdən çıxarılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice