Bakı,AzerVoice
Qətər Qəzzada atəşkəs səylərini davam etdirəcək,AzerVoice xəbər verir ki , bunu Qətərin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Şeyxa Alya Əhməd bin Saif Al Tani deyib.
O qeyd edib ki, Qəzzada humanitar vəziyyəolduqca pisdir və tez bir zamanda atəşkəs əldə ounmalıdır.
Şeyxa Alya BMT Təhlükəsizlik Şurasının təcili həllə nail olmaq üçün səyləri dəstəkləyən rol oynamasının son dərəcə vacib olduğunu vurğulayıb
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla 30 minə yaxın fələstinli həlak olub, 70 min isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.