Əsas səhifə » Qədim Misirdə silahlar

Qədim Misirdə silahlar

Azer Voice

Bakı,VOA

Misir ordusu müasir filmlərdə və digər KİV- lərdə güclü silahlarla təchiz edilmiş ağır silahlı və nizam-intizamlı döyüş qüvvəsi kimi təsəvvür edilir. Lakin bu təsvir yalnız Yeni Krallığın Misir ordusuna (e.ə. 1570-1069-cu illər) və ilk peşəkar silahlı qüvvənin yarandığı Orta Krallığın ordusuna (e.ə. 2040-1782) aiddir.

Misirdə erkən sülalə dövründə ( e.ə. 3150-c. 2613) hərbi silahlar gürz, xəncər və nizələrdən ibarət idi. Misir əsgəri nizə, xəncər,heyvan dərisindən və ya toxunmuş papirusdan hazırlanmış qalxandan istifadə edirdilər.

Bu silahlar Köhnə Krallıq dövründən qalsmış və onların az da olsa modifikasiya edilmiş versiyaları idi. Oxlar əsasən qamışdan hazırlanırdı və onların yaylarını çəkmək çətin idi. Bu oxlar yalnız yazın məsafədən təsirli idi və əksər hallarda hədəfə dəqiq çatmırdı.

banner

Köhnə Krallığın əsgərlərində zifek kimi müxtəlkif sümüklərdən hazırlanan və yalnız başın çox az bir hissəsini qoruyan dəbilqədən istifadə edirdilər. Orduda dəridən hazırlanmış bəzi qalxanlar istifadə olunurdu. Qoşunların çoxu ayaqyalın, sadə paltar geyinmiş və ya çılpaq idi.

Misirin Orta Krallığına qədər silahlar əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamadı . Köhnə Krallığın mərkəzi hökuməti süqut etdikdə, ayrı-ayrı nomarxların padşahdan daha çox gücə malik olduğu Misirin Birinci Aralıq Dövrü (e.ə. 2181-2040) kimi tanınan dövr başlatdı.

Orta Krallığın Ordusu

Mentuhotep II Orta Krallığı hərbi qüdrətə çevirdi, lakin ilk peşəkar döyüş qüvvələrini təşkil edən Amenemhat I idi. Əvvəlki dövrlərdə olduğu kimi, bu əsgərlər öz məqsədləri üçün kifayət qədər silahlarla təchiz edilmişdilər.

Ordu əsasən piyadalardan ibarət idi və onlar taxta və dəri qalxanlar, mis başlı nizə və qılınclar daşıyırdılar. Piyadalar tunc və qamış oxlarından hazırlanmış yaylar və primitiv oxlarla silahlanmışdılar . Demək olar ki, qoşunların nə qoruyucu dəbilqələri, nə də zirehləri var idi.

Oruda istifadə edilən xəncərlər tutacaqlara pərçimlənmiş mis bıçaqlar idi və qılınc  eyni prinsiplə hazırlanan sadəcə bir az uzun bir xəncər idi. Bıçaqlar tutacaqlara pərçimlə bağlandığından, silahlar o qədər də möhkəm olmurdu və döyüş zamanı pərçim yerindən qopurdu. Digər tərəfdən qılınc və xəncərlərin itiliyində də ciddi problemlər var idi. Bir çox hallarda nə qılınc nə də xəncər kəsici olmurdu.

Orduda zirek anlayışı olmasa da bəzən əsgərlərun dəri köynək və kilt şəklində qoruyucu vasitələrdən istifadə etdiyi bilinir.

Lakin bu “zireh” balta zərbəsinə qarşı o qədər də effektiv deyildi. Bir əsgər qılınc, qalxan,nizə və çox güman ki, yaxın döyüşlər üçün xəncərlə təchiz edilirdi. Oxatanlar dəstəsi isə təbii olaraq yay və oxlarlar bəzən isə xəncərlə təchiz olunardılar.

Hiksoslar və Misir Silahları

Hiksosların Misir mədəniyyətini bir sıra əhəmiyyətli rol oynadığı və xüsusən də silahları təkmilləşdirmələrinə dair kifayət qədər sübutlar var.

Hiksosların gəlişindən əvvəl misirlilərin at və ya at arabası haqqında heç bir məlumatı yox idi, onlar hələ də tək qövslü kamandan istifadə edirdilər.

Qərbi Asiyadan olan Hiksoslar misirliləri o bölgənin xalqları və mədəniyyəti ilə indiyədək heç vaxt görmədikləri və istifadə etmədikləri atlı döyüş arabası ilə tanış etdilər. Daha sodlanan nra məhz onların sayəsində Misirdə XOPEŞ adlanan sivri qılınc istifadə edilməyə başladı.

Xopeş (həmçinin Xepeş də deyilir) qılıncı tamamilə tuncdan tökülürdü , sapı daha sonra dəri və parça ilə sarılırdır. Bu əyri qılınc misirlilərin keçmişdə istifadə etdikləri hər hansı qılıncdan qat-qat təsirli idi.

Hiksoslar misirliləri daha yaxşı silahlarla təmin etməklə yanaşı onlara silahları təkmilləşdirməyi öyrətdilər.

Digər tərəfdən hiksoslardan sonra Misir ordusu təkmilləşdi- ordu həm araba qüvvələrinə, həm də piyadalara bölünmüşdü. Hər diviziya təxminən 5000 nəfərdən ibarət idi. Bu bölgülər misirlilərin əsas tanrılarının adlarını daşıyırdı.

Öz adları və qəbilələrinin bayraqları altında döyüşə gedən ilk ordudan fərqli olaraq , Yeni Krallığın ordusu Misirin ümumi tanrıları və ölkənin rifahı üçün vuruşurdu.

Məqalə VOA (AzerVoice) xəbər servisi tərəfindən “İslam Ensiklopediyası” və Dünya Ensiklopediyası materialları əsasında hazırlanıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice