Əsas səhifə » Qəzzanın tamamilə hədəfə alınmasına səssiz qalmayacağıq – Hakan Fidan

Qəzzanın tamamilə hədəfə alınmasına səssiz qalmayacağıq – Hakan Fidan

admin

Bakı. AzerPress:

Qəzzanın tamamilə hədəfə alınmasına səssiz qalmayacağıq.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, indiyədək Qəzzadan 170 Türkiyə vətəndaşının təxliyə edilib və 983 nəfərin təxliyyəsi istiqamətində işlər davam etdirilir.

banner

“Qəzzanı tərk etməyə imkan verdiyimiz 27 xəstə və 12 müşaiyətçi Ankaraya, 61 xəstə və 49 müşaiyətçisə dünən axşam saatlarında Misirə aparıldı. İndiyə qədər Qəzzəyə çatdırmaq üçün Misirə humanitar yardımla dolu 11 təyyarə göndərmişik” – deyə Hakan Fidan qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice