Əsas səhifə » Rəfaha hücumlar Qəzzadakı faciəni daha ciddi səviyyəyə çatdıracaq- Türkiyə XİN

Rəfaha hücumlar Qəzzadakı faciəni daha ciddi səviyyəyə çatdıracaq- Türkiyə XİN

Laman Asadli

Bakı. AzerVoice:

Davam edən hücumlar Qəzzadakı humanitar faciəni daha da ciddi səviyyəyə çatdıracaq və bölgədə daimi atəşkəsə nail olmaq səylərinə zərər verəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“İsrailin Qəzza zolağında indiyədək həyata keçirdiyi dağıntı və qırğınlardan sonra Rəfah şəhərində artan hücumlardan çox narahatıq. Bu əməliyyatı Qəzza xalqını öz torpaqlarından qovmaq planının bir hissəsi hesab edirik. Beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsraili dayandırmaq üçün lazımi addımları atmağa çağırırıq”, – deyə bəyanatda qeyd edilib.

banner

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice