Əsas səhifə » Qəzzadakı qruplarımızla əlaqəmizi itirdik – Fələstin Qızıl Aypara Cəmiyyəti

Qəzzadakı qruplarımızla əlaqəmizi itirdik – Fələstin Qızıl Aypara Cəmiyyəti

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Qəzzadakı qruplarımızla əlaqəmizi itirdik.

AzerPress-in məlumatına görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib.

Aypara Cəmiyyəti Qəzzada internet və rabitə xidmətlərinin dayandırılmasından sonra komandası ilə əlaqənin kəsildiyini və onların həyatları üçün qorxunun olduğunu açıqlayıb.

banner

“İsrail rəsmiləri müharibə başlayandan bəri beşinci dəfə sabit telefonları, mobil telefonları və internet rabitə şəbəkələrini tamamilə kəsdiyi üçün Qəzzada çalışan bütün komandalarımızla əlaqəmiz tamamilə kəsilib. İsrailin hücumları Qəzza zolağının bütün bölgələrində aramsız olaraq davam edir” – deyə bəyanatda qeyd olunub. Bəyanat daxil edilib.

Açıqlamada, rabitə şəbəkələrində yaranan fasilə təcili yardım xidmətlərində və yaralılara çatmada fasilələrə səbəb olacağı bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice