93
Bakı. AzerPress:
Qəzzadakı atəşkəs iki gün daha uzadılıb.
AzerPress-in məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama verib.
“Qəzzada “humanitar fasilənin” daha 2 gün uzadılması ilə bağlı razılıq əldə edilib”- deyə Qətər XİN-in açıqlamasında qeyd olunub.
Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini – 24 qadını və 15 yeniyetməni azad edib.
Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.
Hafiz Rufizoğlu