101
Bakı, AzerPress:
Qəzzaya gedən türk heyətin səhra xəstəxanası xidmətləri üçün uyğun yerlərin müəyyənləşdirilməsi ilə bağlı işləri yekunlaşıb.
AzerPressxəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz rəsmi X sosial media hesabında bildirib.
Məlumata əsasən, növbəti mərhələdə yaralı və xəstə fələstinlilərə yerində sağlamlıq xidmətlərinin göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, dünən Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək türkiyəli texniki heyət Misirdən Qəzzaya gedib.