Əsas səhifə » Qəzzada öldürülən media nümayəndələri ilə bağlı beynəlxalq ictimaiyyət sərt reaksiya verməlidir – Altun

Qəzzada öldürülən media nümayəndələri ilə bağlı beynəlxalq ictimaiyyət sərt reaksiya verməlidir – Altun

Laman Asadli

Bakı, AzerPress:

Qəzzada öldürülən jurnalistlərlə bağlı beynəlxalq ictimaiyyət, mətbuat və media qurumları sərt reaksiya verməlidir.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Qəzzada uşaq, qadın, qoca, jurnalist, tibb işçiləri də daxil olmaqla insanlar qətlə yetirilir. Artıq insan haqları pozuntuları pik həddə çatıb. Mətbuat azadlığının əngəlləndiyi bu prosesdə vəzifəsini yerinə yetirən jurnalistlərin öldürülməsi qəbuledilməzdir”, – deyə o əlavə edib.

banner

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumları nəticəsində 3 min 542-si uşaq olmaqla 8 min 796 nəfər həyatını itirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice