65
Bakı, AzerPress:
7 oktyabrdan İsrailin hücumları nəticəsində Qəzzada öldürülən jurnalistlərin sayı 66 nəfərə çatıb.
AzerPress xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyi məlumat yayıb.
Məlumata əsasən, İsrailin hücumlarında altısı qadın olmaqla 66 jurnalistin həyatını itirib, iki jurnalist itkin düşüb, 31 jurnalist isə İsrail həbsxanalarında saxlanılır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 14 min 854-ə yüksəlib.