Əsas səhifə » Qəzzada ölənlərin sayı 20 mini ötüb

Qəzzada ölənlərin sayı 20 mini ötüb

Aytac Suleymanova

Bakı. AzerPress:

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 20 min 57-yə çatıb.

AzerPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

Məlumata əsasən, hücumlar nəticəsində yaralıların sayı 53 min 320-yə yüksəlib. 22 xəstəxana və 53 sağlamlıq mərkəzinin xidməti dayandırılıb. 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 96 jurnalist qətlə yetirilib, 90 məktəb və universitet fəaliyyətsiz hala düşüb.

banner

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice