59
Bakı. AzerPress:
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 19 min 667-yə çatıb.
AzerPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.
Məlumata əsasən, hücumlar nəticəsində yaralıların sayı 52 min 586-ya yüksəlib. 22 xəstəxana və 53 sağlamlıq mərkəzinin xidməti dayandırılıb. 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 96 jurnalist qətlə yetirilib, 90 məktəb və universitet fəaliyyətsiz hala düşüb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_