86
Bakı. AzerPress:
İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 15 min 899 nəfər həyatını itirib.
AzerPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü açıqlama verib.
Məlumata əsasən, ölənlərin 70 faizi qadın və uşaqlardır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.