Əsas səhifə » Qəzzada atəşkəsə yalnız ABŞ mane olur – Hakan Fidan

Qəzzada atəşkəsə yalnız ABŞ mane olur – Hakan Fidan

Laman Asadli

Bakı. AzerPress:

Qəzzada atəşkəsə yalnız ABŞ mane olur.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Daha əvvəl Qəzzada atəşkəs çağırışına bitərəf qalan və ya əleyhinə səs verən bir çox ölkənin Fələstinin yanında olmağa qərar verdiyini gördük. Bu, beynəlxalq ictimaiyyətin zülmə son qoymaq iradəsini açıq şəkildə nümayiş etdirir. İsraili dəstəkləyənlər bu vəziyyəti yaxşı başa düşməlidirlər. Lakin bu kifayət deyil. ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara daha çox mane olmamasını gözləyirik”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, 8 dekabr tarixində ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoyub. Sənəd BƏƏ tərəfindən hazırlanıb və 24 saat ərzində BMT-nin 97 ölkəsi bunu dəstəklədiyini bildirib. BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı 13 ölkə lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, ABŞ veto hüququndan istifadə edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice