79
Bakı, AzerPress:
Qəzza əhalisi üçün humanitar dəhlizlərin açılması Qazaxıstan diplomatiyasının prioritet vəzifəsidir.
AzerPress xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu deyib.
“Ölkəmiz Yaxın Şərqdə zorakılığın artmasından çox narahatdır. Biz dərhal atəşkəsə çağıran beynəlxalq ictimaiyyətə qoşuluruq”, – deyə o əlavə edib.
Qazaxıstan XİN rəhbəri onu da vurğulayıb ki, münaqişə tərəfləri əsas diqqəti sülh danışıqlarına yönəltməlidir.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01