Əsas səhifə » Qəzza savaşı – İslam müqavimətində İranın sürüşkən siyasəti

Qəzza savaşı – İslam müqavimətində İranın sürüşkən siyasəti

Azer Voice

Bakı,AzerVoice

İraqın işğalından və Səddam Hüseyn rejiminin devrilməsindən 21 il ötür və  bölgə hələ də beynəlxalq və regional güc mübarizələri, daxili münaqişələr, iqtisadi və sosial böhranlarla mübarizə aparır.

ABŞ-ın demokratiya vədi İraq torpağına vaxtından əvvəl düşdü və hətta təkcə Bağdadda deyil, çox az istisnalarla bütün regionda xaosa çevrildi. Hətta xaosun qapısını döymədiyi ölkələr də özlərini qorumaq və regional alovun onlara keçməsinin qarşısını almaq üçün böyük səylər göstərməli oldular.

Əslində ABŞ Bağdadı işğal etməzdən əvvəl İraq və bölgə sabit deyildi. Əksər rejimlər həqiqi legitimliyini qorumaq üçün ciddi siyasi problemlemlərlə qarşılaşırdılar. Regionda terror və radiklallıq var idi. Təhlükəsizlik, qida, təhsil, səhiyyə məsələlərində cəmiyyətin təkpartiyalı idarəçiliyə verilməsi bu vəziyyəti daha da çətinləşdirirdi. Digər bir tərəfdən, qlobal miqyasda baş verən sosial-iqtisadi dəyişikliklər bölgəni ciddi çətinliklərlə üzləşməyə vadar edəcəkdi.

banner

Amma bütün bu problemlər işğal sonrası yaranacaq problemlərdən qat-qat az idi.

ABŞ-ın İraqa müdaxiləsi regionda yeni problemlər yaratdı və dağıdıcı xaosa və hətta bölgənin “cəhənnəmə” enişi sürətləndirdi. Elə bu məqamda amerikalılar “yaradıcı xaos” nəzəriyyəsini inkişaf etdirməyə çalışdılar, sanki bütün bu dağıntılar regionda demokratiya, azadlıq və sosial ədalətin qaranlığı ilə bitəcək bir keçid mərhələsi idi.

Neokonservatorların dəstəklədiyi Amerikanın regional layihəsi İraqda iflasa uğradı və yerini İran layihəsi aldı.

Amerikalılar Səddam Hüseyn rejiminin süqutunun ertəsi gününü dəqiq təsəvvür etmədən onu devirdilər. Bu addım öz imperiya ambisiyalarını heç vaxt gizlətməyən İran üçün böyük bir şans idi.

Səddəmın süqutu, İranın “İslam İnqilabı” düşüncəsini, Dəməşq, Beyrut və Yəməndə daha güclü etdi və faktiki olaraq Tehran dörd ərəb ölkəsində söz sahibi oldu.


ABŞ-ın Abrams tankı Bağdadın cənub-qərbində, Kərbəla şəhərində məscidin yaxınlığından keçir, 7 aprel 2003-cü il. (Reuters)

Təbii ki, bu o demək deyil ki, 2003-cü ildən əvvəl bu ölkələrdə İranın təsiri olmayıb; Fərq ondadır ki, bu təsir son iki onillikdə artıb və institutlaşdırılıb. Daha önəmlisi odur ki, Tehran öz təsir dairələrini Aralıq dənizi ilə quru dəhlizi ilə birləşdirə bildi ki, bu da İran üçün təkcə mövcud rejimlə məhdudlaşmayan strateji və tarixi hədəf idi.

Bağdaddan Beyruta qədər uzanan güclü İran təsiri olmasaydı, ərəb baharı deyilən hadisələrin gedişatına, xüsusən də Suriyaya bu dərəcədə təsir edə bilməzdi.
Bu iki paytaxt arasındakı “müqavimət dəhlizi” Suriya müharibəsi başlayandan bəri Suriyadakı rejimin və onun tərəfində vuruşmağa can atmış “Hizbullah”ın siyasi, hərbi və maliyyə təchizatını təmin etmək üçün kifayət edirdi.

Başqa sözlə, Suriyadakı rejimin “təhlükəsizlik” metodu İranın dəstəklədiyi bir həll idi.

Suriya rejimi İranın dəstəyinə əmin olmasaydı, məsələ bu qədər tez həll oluna bilməzdi.
Suriya inqilabı zamanı HƏMAS Əsəd rejimini dəstəkləməsə də, on illik uzaqlıqdan sonra yenidən İranın ağuşuna qayıtdı.

Beyrutdakı məlumatlı fələstinli mənbələrə görə, HƏMAS-ın Tehranla münasibətlərini və “müqavimət oxu”nu bərpa etməsinin səbəblərindən biri də hərbi arsenalını inkişaf etdirmək zərurətidir.

HƏMAS-ın bu dönüşü 7 oktyabr 2023-cü il hadisəsini anlamanın bir aspektidir.

Təbii ki, bu o demək deyil ki, İran 7 oktyabr hücumunda iştirak edib(İran ümumiyyətlə bu hadisələrdən xəbərdar olduğunu da inkar edib)

Səddamın devrilməsi ilə HƏMAS-ın hücumu arasında təxminən iyirmi il keçdiyindən bu addımı,  İranın bölgədəki strategiyasını “hücumdan müdafiəyə” dəyişdiyini söyləmək olar.

Doğrudur, İran Əqsa daşqından sonra birbaşa müharibə etməmək, eyni zamanda İsrailə və ABŞ-ın bölgədəki maraqlarına qarşı proxy hücumlarını dəstəkləmək kimi ikili strategiya mənimsəyib.

Lakin oktyabrın 7-də HƏMAS hücumuna dəstək verməməsi onu ABŞ-ın İraqa müdaxiləsi zamanı tutduğu mövqedən fərqli olaraq müdafiə mövqeyində durmasını göstərdi.

İran  “ABŞ-ın işğalının qarşısını almaq üçün Dəməşqlə işləmək, Səddamı əvəz etmək və yeni rejimin formalaşmasında iştirak etmək üçün müxalifətlə işləmək” ikili strategiyasına əsaslanan aqressiv mövqe tutmuşdu.

Lakin qeyt etmək lazımdır ki, İranın hazırki mövqeyiu nə tam olaraq hücum nə də tam olaraq müdafiə mövqeyi deyil.Dolayısı ilə İran İsrail-HƏMAS müharibəsində birbaşa deyil, proxy gücləri ilə, (Hizbullah və Husilər) İsrailə qarşı dolayı yolla savaş açdı.

Qeyd etmək lazımdır ki, “Zillət bizdən uzaqdır” şüarı ilə meydanlarda dolanan Hizbullahın Qəzza savaşında seyrçi kimi qalması sünni ərəb dünyasında və eləcə də Fələstin dairələrində heç də yaxşı qarşılanmadı.

İranın bölgədəki müvəkkillərinin (proxy qüvvələrinin) davam edən hücumlarını nəzərə alsaq, deyə bilərik ki, bu qüvvələrin aktivləşməsi ABŞ-a heç bir mənada ciddi təsir etmədi. İranın Qəzza müharibəsində kölgədə qalaraq  fanat ordusunu işə salması İsrail tərəfindən də birmənalı qarşılanmadı. Bir çox israilli analitiklər hesab edirlər ki, İran əslində ABŞ və İsrail ilə birbaşa savaşa girməkdən çəkinir. Digərləri isə bundan fərqli olaraq İranın buna əsla ehtiyacı olmadığı fikrindədirlər.

Əslində isə olan odur ki, Tehran region ölkələri ilə münasibətlərinində yeni dövrə qədəm qoyur.
Tehranın, sürüşkən siyasətini nəzərə alsaq, İranın region ölkələri ilə əlaqələrinin gələcəyini indidən söyləmək çətin olar. Lakin Qəzza müharibəsindən sonra regionda heç nəyin əvvəlki kimi olmayacağını söyləmək üçün çox ciddi əsaslar var.

*Bu məqalə Londonda fəaliyyət göstərən AL Majalla jurnalından AzerVoice tərəfindən tərcümə edilərək, ərəb siyasi analitiklərinin fikirləri əsasında yenidən tərtib edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice