Əsas səhifə » Qəzza Fələstin ərazisi olaraq qalacaq – Ərdoğan

Qəzza Fələstin ərazisi olaraq qalacaq – Ərdoğan

admin

Bakı. AzerPress:

Qəzza Fələstin ərazisi olaraq qalacaq.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hər kəs ilk növbədə bilməlidir ki, Qəzzə Fələstin torpağıdır. Fələstinlilərin qədim vətəni 1947-ci ildən İsrail tərəfindən tədricən işğal edilsə də, Qəzza Fələstin ərazisi olaraq qalacaq. İndi görürsünüz ki, bütün dünya İsrailə necə münasibət bəsləməyə başlayıb. Qəzzada baş verən işğal bəzi ölkələrin hökumətlərini susdursa da, Fələstinə dəstək verənlərin sayı artır. Çox qısa müddətdə Netanyahu hakimiyyətdən gedəcək. Bildiyiniz kimi, Netanyahu artıq məhkəmədədir, hansı istiqamətə getsə də, xilas olmayacaq”,- deyə Ərdoğan bildirib.

banner

Türkiyə prezidenti vurğulayıb ki, İsrailyönlü rəftarları ilə xalqının gözündə soyqırımın tərəfdarına çevrilən liderlər bu səhvi tez bir zamanda düzəltməlidirlər. Çox gec olmadan İsrailin arxasında dayanan dövlətlərin hökumətləri beynəlxalq hüquqa, insan haqlarına, vicdan və əxlaqi dəyərlərə uyğun bir təmələ gəlməli, bu cinayətlərin iştirakçısı olmamalıdır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice