Əsas səhifə » Qətərlə ikitərəfli ticarət həcminin 5 milyard dollara çatdırılması gözlənilir – Türkiyəli nazir

Qətərlə ikitərəfli ticarət həcminin 5 milyard dollara çatdırılması gözlənilir – Türkiyəli nazir

Laman Asadli

Bakı. AzerPress:

Ticarət İqtisadi Tərəfdaşlıq Sazişinin (TEPA) qüvvəyə minməsi ilə Türkiyə və Qətər arasında ikitərəfli ticarət həcminin 5 milyard dollara çatdırılması gözlənilir.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat öz rəsmi X sosial media hesabında bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il ikinci dəfə Qətərə etdiyi səfərlər çərçivəsində ölkəmizlə Qətər arasında tərəfdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib”, – deyə o əlavə edib.

banner

Qeyd edək ki, 4 dekabr tarixində Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin IX iclası keçirilib.

Türkiyə prezidentini, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini və Partiya sözçüsü Ömər Çelik, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi rəhbəri Haluk Görgün və Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç müşaiyət edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice