Əsas səhifə » Qərb daha çox uşağın öldürülməsi üçün İsrailə qeyd-şərtsiz dəstək verir – Ərdoğan

Qərb daha çox uşağın öldürülməsi üçün İsrailə qeyd-şərtsiz dəstək verir – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Qərb daha çox uşağın öldürülməsi üçün İsrailə qeyd-şərtsiz dəstək verir.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Konqres Mərkəzində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İSEDAK) Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının açılış proqramında çıxışı zamanı deyib.

“Oktyabrın 7-dən İsrailin amansız hücumlarına baxmayaraq vətənlərini müdafiə edən qəzzalı və fələstinli qardaşlarımı ürəkdən salamlayıram. Bu barbar hücumlar zamanı BMT öz işçilərini belə qorumaqda acizdir. Qəzzada şəhid olan hər üç nəfərdən ikisi uşaq, körpə və qadındır. İtkin düşən qəzzalıların sayı 6 min 500-ü keçib. Qərb daha çox uşağın öldürülməsi üçün İsrailə demək olar ki, qeyd-şərtsiz dəstək verir”,- deyə Ərdoğan bildirir.

banner

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice