Əsas səhifə » “Qəbələ” “Kəpəz”ə, “Zirə” “Araz-Naxçıvan”a qarşı

“Qəbələ” “Kəpəz”ə, “Zirə” “Araz-Naxçıvan”a qarşı

Laman Asadli

Bakı. AzerPress:

Premyer Liqada 16-cı tur davam edir.

AzerPress xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Bu oyun saat 15:00-da başlayacaq.

Digər matçda isə “Zirə” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq. Oyun saat 17:00-da start götürəcək.

banner

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

9 dekabr

15:00.”Qəbələ” – “Kəpəz”

Qəbələ şəhər stadionu

17:00.”Zirə” – “Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu

10 dekabr

15:00.”Sabah” – “Səbail”

“Bank Respublika Arena”

18:00.”Neftçi” – “Turan Tovuz”

“Neftçi” Arena”

8 dekabr

“Sumqayıt” – “Qarabağ” – 1:6

Digər Kateqoriyalar

2023 © AzerVoice