Əsas səhifə » Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq – Peskov

Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq – Peskov

Narmin Ağayeva

Bakı, VOA

Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq.

VOA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya və Türkiyə arasında həll edilməmiş məsələlər qalır, lakin onları tənzimləmək üçün siyasi iradə var”, – o deyib.

banner

Onun sözlərinə görə, Putin və Ərdoğan iyulun 3-də Astanada yəqin ki, Ukraynadakı vəziyyəti, o cümlədən Suriyadakı müzakirə edəcəklər.

“İkitərəfli görüş yetərincə uzun çəkəcək – minimum 1 saat davam edəcək. Əlbəttə ki, burada qarşılıqlı maraq kəsb edən bütün məsələlərdən söhbət gedir. Bu, ilk növbədə ikitərəfli münasibətlərdir. Lakin çətin ki prezidentlər Suriya, Ukrayna məsələlərindən yan ötsünlər”, – Kreml nümayəndəsi deyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice