85
Bakı, AzerPress:
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 9 noyabr tarixində Astanaya rəsmi səfər edəcək.
AzerPress xəbər verir ki, səfər çərçivəsində iki ölkə liderləri arasında danışıqların aparılması planlaşdırılır.
Məlumata əsasən, danışıqlar zamanı Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının cari məsələləri müzakirə olunacaq.
Bundan əlavə, prezidentlər videokonfrans vasitəsilə Qazaxıstan və Rusiya arasında Kostanayda keçiriləcək XIX Regionlararası Əməkdaşlıq Forumunun tədbirində iştirak edəcəklər.