Əsas səhifə » PUA və dronlarda əldə etdiyimiz uğuru digər müdafiə sistemlərinə də tətbiq etməyi hədəfləyirik – Ərdoğan

PUA və dronlarda əldə etdiyimiz uğuru digər müdafiə sistemlərinə də tətbiq etməyi hədəfləyirik – Ərdoğan

Laman Asadli

Bakı, AzerPress:

PUA və dronlarda əldə etdiyimiz uğuru raketlərə, gəmilərə, zirehli maşınlara, kameralara, hava hücumundan müdafiə sistemlərinə və elektron döyüş sistemlərinə də tətbiq etməyi hədəfləyirik.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“PUA-larda istifadə etdiyimiz optik cihazları Kanadadan idxal edirdik. Suriyada terror təşkilatlarına qarşı əməliyyatlarımıza görə Kanada ixracı dayandırdı. NATO-da birlikdə olduğumuz müttəfiqimizin bu yanaşmasına qarşı ASELSAN-a optik cihazların istehsalı ilə bağlı göstəriş verildi. Beləliklə, yerli kamera sistemini ölkəmizə gətirdik. Artıq bu məhsullar xaricə də ixrac edilir. Türkiyə istehsalı kamera sistemi hazırda dünyanın ən yaxşıları arasındadır”, – deyə o vurğulayıb.

banner

R.T.Ərdoğan onu da qeyd edib ki, Türkiyə 2024-cü ildən PUA-larda istifadə edilən optik kameraların kütləvi istehsalına başlamağı planlaşdırır.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice