Əsas səhifə » Prezidentlik müqabilində İordan çayının qərb sahili ilhaq edilə bilər

Prezidentlik müqabilində İordan çayının qərb sahili ilhaq edilə bilər

Yamin Savalanli

Bakı. AzerVoice:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə yəhudi lobbisinin ən böyük nümayəndələrindən biri olan Adelson ailəsi arasında anlaşma olduğu bildirilir.

AzerVoice xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gəlmək üçün lazım olan maliyyə dəstəyi müqabilində İordan çayının qərb sahilini İsrailə ilhaq etməyə icazə verə bilər.

İsrailin “Haaretz” qəzetinin məlumatına görə, Tramp noyabr ayında keçiriləcək seçkilərdən əvvəl ABŞ-ın ən böyük kazino şirkəti Las Vegas Sands-in sahibi və ölkədəki yəhudi lobbisinin ən böyük nümayəndələrindən biri olan Adelson ailəsindən maliyyə dəstəyi istəyib. Adelson ailəsi isə maliyyə dəstəyi qarşılığında İordan çayının qərb sahilinin İsrailə ilhaqına imkan verməsini tələb edib.

banner

Qeyd edək ki, Adelson ailəsi Donald Trampın 2016-cı ildəki namizədliyi dövründə onun ən böyük dəstəkçisi olub. Tramp da həmçinin prezidentliyi dövründə Qüdsü İsrailin “paytaxtı” kimi tanıyıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice