39
Bakı. AzerPress:
Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.
AzerPress xəbər verir ki, səfirlik bununla əlaqədar olaraq Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Müraciətdə deyilir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.