Əsas səhifə » Prezident İlham Əliyevin rəhbərliyi sayəsində regionda sülh və inkişaf dövrü başlayıb – BMT rəsmisi

Prezident İlham Əliyevin rəhbərliyi sayəsində regionda sülh və inkişaf dövrü başlayıb – BMT rəsmisi

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, onun rəhbərliyi sayəsində regionda sülh və inkişaf dövrü başlayıb.

AzerPress xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bugünki dünyamızda belə lider çox az olur.

banner

“2026-ci ildə ilk dəfə olaraq Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edərək dünyanın paytaxtına çevriləcək. Bilirəm ki, Azərbaycan bu foruma çox yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan xalqının qonaqpərvərliyi dillər əzbəridir.

Ümid edirəm ki, Azərbaycan COP29-a ev sahbiliyi edərək, təşkilatlarla birlikdə işləyərək tədbirlərin görülməsi üçün əlindən gələni əsirgəməyəcək”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice