Əsas səhifə » Prezident İlham Əliyev Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işləri ilə tanış olub

Prezident İlham Əliyev Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işləri ilə tanış olub

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

AzerPress xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice