Əsas səhifə » Prezident İlham Əliyev Sultan İbrahimə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Sultan İbrahimə təbrik məktubu göndərib

Orkhan Qadirzade

Bakı,AzerVoice

Prezident İlham Əliyev Malaziyaın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu göndərib.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

“Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

banner

Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram.”

Digər Kateqoriyalar

2023 © AzerVoice