Əsas səhifə » Prezident İlham Əliyev: Qarabağda əsas maneə basdırılmış minalardır

Prezident İlham Əliyev: Qarabağda əsas maneə basdırılmış minalardır

Laman Asadli

Bakı. AzerPress:

Qarabağda əsas maneə basdırılmış minalardır. Bundan başqa, bizim üçün hər hansı bir maneə yoxdur. Biz bunun üçün maliyyə ehtiyatlarımızı səfərbər etmişik.

AzerPress xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

“Qarabağın yenidən qurulması bizim sərmayə proqramımızın əsas hissəsini təşkil edəcək. Qarabağın bizim üçün ən yüksək prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice