Əsas səhifə » Prezident İlham Əliyev ABŞ Dövlət katibinin qarşısına şərt qoydu

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin qarşısına şərt qoydu

Aytac Suleymanova

Bakı, AzerPress:

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AzerPress xəbər verir ki, telefon söhbəti zamanı Dövlət katibi Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice