Əsas səhifə » Polşanın yeni Baş naziri xüsusi xidmət orqanlarının rəhbərlərini vəzifələrindən azad edib

Polşanın yeni Baş naziri xüsusi xidmət orqanlarının rəhbərlərini vəzifələrindən azad edib

Tasnim Rufizgizi

Bakı. AzerPress:

Polşanın bütün xüsusi xidmət orqanlarının rəhbərləri ölkənin yeni Baş naziri Donald Tuskun qərarı ilə vəzifələrindən azad olunublar.

AzerPress bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Polşa Seyminin müvafiq komissiyası Tuskun təklifi ilə bütün kəşfiyyat xidmətlərinin rəhbərlərini vəzifədən azad edib. Milli Məclisin qərarı ilə Daxili Təhlükəsizlik İdarəsinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarənin, Kəşfiyyat İdarəsinin, eləcə də Hərbi Kəşfiyyat və Hərbi Əks-kəşfiyyat Xidmətinin rəhbərləri tutduqları vəzifələrdən gediblər.

banner

Qeyd edək ki, dekabrın 13-də səhər saatlarında Tusk Polşa Prezidenti Anjey Duda tərəfindən and içərək, ölkənin tamhüquqlu yeni Baş naziri olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice