Əsas səhifə » PKK İraqın şimalından çəkilir

PKK İraqın şimalından çəkilir

Azer Voice

Bakı,AzerVoice

PKK terror təşkilatı İraqın şimalından çəkilir,AzerVoice xəbər verir ki, buna səbəb İraqın PKK-nə terror təşkilatı kimi qəbul etməsidir. İraq KİV-lərində yer alan xəbərə görə, eyni zamanda Türkiyə ordusunun İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirməsi  gözlənilir.

Hal hazırda terorşular nəzarətdə saxladıqları ərazilərdəki. Silah ambarlarını. Həbsxanaları və “tibb  məntəqələrini” boşaltmağa başlayıb.

Qeyd edək ki, bir miüddət əvvəl Türkiyə Quru Qoşunlarının komandanı Bayraktaroğlu Türkiyə-İraq sərhəddində yerləşən Şırnak vilayətində yerləşən hərbi personalı yoxlayıb.

banner

Məlumar üçün bildirək ki, bu il martın 14-də PKK terror təşkilatı ilk dəfə olaraq İraq tərəfindən qadağan edilmiş bir təşkilat olaraq təyin olunub. 

Bu barədə razılıq Türkiyə-İraq arasında keçirilən görüş zamanı əldə olunub. 

Görüşlərdə hər iki tərəfin İraqın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi önəm vurğulanıb. 

Tərəflər, həmçinin PKK-nın Türkiyə və İraq üçün təhlükəsizliyə təhdid yaratdığını vurğulayaraq qeyd ediblər ki, sözügedən təşkilatın İraq ərazisində olması İraq Konstitusiyasını pozur. 

Digər Kateqoriyalar

2023 © AzerVoice