Əsas səhifə » Pençe-kilit bölgəsində bir əsgər şəhid olub

Pençe-kilit bölgəsində bir əsgər şəhid olub

Fərid Mikayilov

Bakı,AzerVoice

Pençe-kilit Əməliyyat Bölgəsində açılan təcavüz atəşi nəticəsində Türk Silahlı Qüvvələrinin (TSK) bir əsgəri şəhid olub.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Habip Murat Alp , Avqustun yeddisində Pençe-kilit Əməliyyat Bölgəsində axtarış və yoxlama fəaliyyəti zamanı açılan təcavüz atəşi nəticəsində şəhid olub”,- deyə paylaşımda qeyd olunub.

banner

Qeyd edək ki, terrorun məhv edilməsinə əsaslanan proaktiv təhlükəsizlik strategiyası çərçivəsində 27 may 2019-cu il tarixindən etibarən türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Pəncə seriyası əməliyyatları başladılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice