Əsas səhifə » Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır – Bahçeli

Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır – Bahçeli

Aytac Suleymanova

Bakı. AzerPress:

Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.

“Türkiyə haqqın və həqiqətin yanındadır. İsrail və Fələstin arasında iki dövlətli həlldən başqa variant yoxdur. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması vacibdir”,- deyə o bildirib.

banner

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 16 min 248 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice