Əsas səhifə » Paşinyan Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmir

Paşinyan Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmir

Narmin Ağayeva

Bakı, VOA

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etməyib.

VOA erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu fikirləri İrəvanda keçirilən Ermənistan demokratiya forumunda səsləndirib.

Onun sözlərinə görə, erməni xalqı Aİ-yə üzvlük ideyasını dəstəkləyir.

“İndi problem xalqın fikrini öyrənmək üçün referendumun keçirilməsindədir? Bağışlayın, mən Ermənistan xalqını təmsil etmək səlahiyyəti olan şəxs kimi xalqın fikrini bilirəm. Biz əgər referendum keçirsək təbliğat kampaniyası aparmalıyıq. Onu keçirsək insanlar suallar verəcəklər: nə zaman, necə, hansı müddətə, hansı addımlarla?.. Bəs, Aİ bunu istəyirmi, buna hazırdırmı?”, – o deyib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice