Əsas səhifə » Parlament Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında bəyanat qəbul edəcək

Parlament Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında bəyanat qəbul edəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

Milli Məclis Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında bəyanat qəbul edəcək.

AzerPress xəbər verir ki, parlamentin 26 dekabrda keçiriləcək iclasının gündəliyinə “Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” ilə bağlı məsələ daxil edilib.

Qeyd edək ki, Parlamentin 2023-cü il 26 dekabr tarixli iclasının gündəliyinə 8 məsələ daxildir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice