Əsas səhifə » Paris-2024: Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start verilib

Paris-2024: Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start verilib

Fərid Mikayilov

Bakı,AzerVoice

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start verilib.

AzerVoice xəbər verir ki, yarışın ilk gündə iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

Kişilər 60 kq, qadınlar 48 kq çəkidə mübarizə aparacaq. Azərbaycan millisinin iki cüdoçusu da tatamiyə çıxacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

banner

İlk mərhələdən azad olan Balabəy Ağayev Olimpiadaya 1/8 finaldan start verəcək. O, Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadın

Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. Xalimojon Kurbonova (Özbəkistan) ilə qarşılaşan cüdoçumuz məğlub olub.

Qeyd edək ki, cüdo yığmamız Paris-2024-də 9 idmançı ilə təmsil olunur.

Digər Kateqoriyalar

2023 © AzerVoice