Əsas səhifə » Paris-2024: Sənan Süleymanov yarımfinalda mübarizəni dayandırıb

Paris-2024: Sənan Süleymanov yarımfinalda mübarizəni dayandırıb

Hafiz Rufizoglu

Paris. AzerVoice

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

AzerVoice xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.

Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

banner

Qeyd edək ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice