Əsas səhifə » Paris-2024 İsmiyeva qalib gəlib Zəkiyev və Kərimova qızıl şansını itirib

Paris-2024 İsmiyeva qalib gəlib Zəkiyev və Kərimova qızıl şansını itirib

Naile Babazade

Bakı, AzerVoice

Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.

 AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyə çıxıb.

Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərin mübarizəsində Azərbaycanın əfsanəparacüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışır.

banner

Paris-2024: Paracüdo yarışları
Qadınların mübarizəsi
+70 kq

J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva ilk görüşdə Maryam Aldhanhaniyə (BƏƏ) “ipponla” qalib gəlib. O 1/4 finalda Nazan Günəşlə (Türkiyə) qarşılaşacaq.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın 1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzi ilə qarşılaşacaq.

Kişilərin mübarizəsi
+90 kq

J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda yerli idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici görüşdə iştirak edəcək. Onun rəqibi niderlandlı Daniel Kneqt olacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice