Əsas səhifə » Paris-2024: Cokoviç Olimpiya çempionu olub

Paris-2024: Cokoviç Olimpiya çempionu olub

Hafiz Rufizoglu

Bakı. AzerVoice

Paris-2024 Olimpiadasında kişilərin fərdi yarışlarında final matçı keçirilib.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, həlledici matçda Novak Cokoviç (Serbiya) və Karlos Alkaras (İspaniya) üz-üzə gəlib.

“Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi olan serbiyalı tennisçi hər 2 setdə rəqibindən güclü olub. N.Cokoviç 7:6 hesabları ilə qalib gəlib. Bundan əvvəl 3 dəfə Olimpiya Oyunlarının yarımfinalında uduzmuşdu.

banner

Qeyd edək ki, Novak “Böyük Dəbilqə” yarışlarında qələbə sayına görə rekordçudur.

Digər Kateqoriyalar

2023 © AzerVoice