Əsas səhifə » Paris-2024: Azərbaycan Paralimpiya Oyunlarında 32-ci yerdədir

Paris-2024: Azərbaycan Paralimpiya Oyunlarında 32-ci yerdədir

Naile Babazade

Bakı. AzerVoice

Azərbaycan komandası Parisdə keçirilən Paralimpiya Oyunlarında ümumi hesabda 32-ci yerdədir.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir, aktivimizdə üç qızıl, bir gümüş və üç bürünc medal var.

Ölkəmiz Qazaxıstan, Yunanıstan, Latviya, Portuqaliya, İndoneziya və bir çox başqa ölkələri qabaqlayır.

banner

Hazırda liderlik Çinə (74-55-37) məxsusdur. İkinci yerdə Böyük Britaniya (36-29-19) qərarlaşıb. İlk üçlüyü isə ABŞ qapayır (27-33-17).

Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və iki bürünc, Sabir Zeynalov (taekvondo) isə bürünc medal qazanıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice